10 Oktyabr 2020 15:31
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

On gündən artıq aparılan ağır döyüşlər nəticəsində çoxsaylı itkilər, onların arasında isə hərbçilərlə yanaşı mülki şəxslər də var.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib:

"Bütün bunları nəzərə alınaraq, bizə çoxaylı müraciətlər daxil olurdu. Beynəlxalq baxımdan humanitar atəşkəsin təmin olunması lazım idi. Ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı xüsusi təşəbbüslə çıxış etdi.

Əsas məsələ humanitar atəşkəsin təmin edilməsi və bu zaman həlak olan hərbçilərin cəsədlərinin çıxarılması, saxlanılan hərbçilərin dəyişidirlməsidir. Bu, mürəkkəb və spesifik əməliyyatdır.

Elə bu səbəbdən məsuliyyət Beynəlxalq Qızıl Xaç Komitəsinə verilib. Lakin hələ ki, bu əməliyyatların aparılmasına şərait yaranmayıb. Ermənistan hərbi qüvvələri hücum əməliyyatları keçirməyə cəhd göstərir və ağır itkilər verilərək geri otuzdurulur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər