10 Oktyabr 2020 15:55
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Moskvada imzalanan sənəddə qeyd olunur ki, tərəflər danışıqlara baza prinsipləri əsasında başlamalıdırlar. Danışıqların məqsədi ən qısa müddətdə siyasi müstəvidə prosesin həllinə yönəlməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib:

"Hamı üçün bəlli oldu ki, Azərbaycan uzun illər gözləmək niyyətində deyil. Məsələnin siyasi yolla həllinin tərəfdarıdır. Ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın hüququdur və bunu hərbi vasitələrlə də edə bilər. Birmənalı şəkildə Azərbaycan öz qanuni hüdudlarını bərpa etmək əzmindədir. Azərbaycan xalqının əzmi bu istiqamətdə çox yüksəkdir".

Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan status-kvonun uzadılmasına tərəfdar ola bilməz: "1994-1995-ci ildə hazırlanan sənədlərdə konkret vaxt cədvəli var idi. Bu əsasda Azərbaycan mahiyyətli və nəticə yönümlü status- kvonu dəstəkləyir.

ATƏT-in Minsk qrupunun səyləri bu hədəfə yönəlməlidir. Azərbaycan heç vaxt imitasiya xarakterli danışıqlara maraq göstərməyib və bundan sonra da elə olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər