12 Oktyabr 2020 19:00
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 oktyabr, 2020-ci il tarixi təqvimə Ermənistanın növbəti vandalizmi olaraq düşdü.

100 il öncə əli yalın, dinc əhalini hədəfə alan erməni vandalizminin oktyabrın 11-də də gecə saat 02:00 radələrində, insanlar yuxuda olarkən Gəncəni hədəfə alması Ermənistanın bir əsrlik terror ssenarisinin hələ də davam etdiyinin sübutudur. XX əsrin əvvəllərində müsəlman əhalini kütləvi şəkildə qətlə yetirənlər, əsrin sonunda Xocalı soyqırımı törədənlər, XXI əsrin ikinci onilliyində - 11 oktyabr tarixində 9 mülki insanın həlak olması, 35 nəfərin yaralanması ilə nəticələnən Gəncə terrorunu həyata keçirdi.

Bir əsrdir Ermənistanın mahiyyəti dəyişmir, dəyişənsə, XXI əsrdə terror hücumunda daha müasir, hətta qadağan olunmuş silahlardan istifadə olunmasıdır. Gəncəyə hücumda istifadə olunan raket erməni terrorunun müasir hərbi texnologiyalarla təchiz olunduğunu göstərir.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) araşdırması zamanı məlum olub ki, Ermənistan Gəncəyə SKAD (Elbrus) tipli raket atıb.

“Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır”, - ANAMA bildirir.

SKAD raketinin funksiyası və dağıdıcılıq qabiliyyəti Ermənistanın hədəfinin məhz mülki vətəndaşlar olduğunu sübut edir.

Sovet dövrünün istehsalı olan SKAD ballistik raketdir. İlk versiyası R-11, modernləşdirilmiş versiyası isə R-17 “Elbrus” olan bu raket NATO-da SKAD kod adı ilə qəbul olunur.

Raketin maksimum sürəti saniyyədə 1,7 kilometrdir. Ortamənzillidir və nüvə başlığı daşıya bilir. Lakin SKAD-dan hərbi hədəflərin vurulması üçün istifadəsi sərfəli deyil.

Hədəfdən yayınma dairəsi 450 metr olduğu üçün dəqiqliyi çox aşağıdır. Misal üçün, raket hər hansı bir hədəfə atılanda hədəfdən ən azı 450 metr raduisdan kənara düşəcək. Hərbi hədəflərin vurulmasında yararsız olan bu raketdən əsasən mülki əhaliyə qarşı istifadə olunur.

SKAD ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olub. Sonuncu dəfə isə 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılıb. Nəticədə 4-ü qadın olmaqla, 10 nəfər həlak olub, aralarında uşaqlar olan 34 nəfər yaralanıb.

Bu raket bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Nasistlər V-2 raketindən mülki obyektlərin vurulması üçün istifadə edirdi.

Faşist mahiyyətinə malik olan Ermənistanın Gəncəni SKAD raketi ilə vurması göstərir ki, burada hədəf məhz mülki əhali olub. Gəncənin hədəf seçilməsində məqsəd də şəhərdə məskunlaşmanın sıx olmasıdır.

Müharibədə SKAD raketindın nadir hallarda istifadə olunur. Çünki mülki əhalini hədəfə almaq müharibə cinayətidir.

Cəbhədə məğlub olan düşmən müharibə cinayətlərini davam etdirir.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər