Ermənistan Azərbaycanın sadəcə hərbi obyektlərini deyil, Gəncə daxil olmaqla, dinc əhalinin sıx yaşadığı şəhərlərini də hədəf alır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sözçüsü, deputat Sena Nur Çelik Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışında deyib.
“Ermənistan dinc sakinləri qətlə yetirərək beynəlxalq insan hüquqlarını və Cenevrə sövdələşməsini kobudcasına pozur. Ermənistanın bu hücumlarını qınayırıq”, - deyə türkiyəli deputat bildirib.
S.Çelik həmçinin 1 milyondan çox azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qaldığını və beynəlxalq ictimaiyyətinin bu məsələyə laqeyd yanaşdığını qeyd edib.
Deputat Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha xatırladıb.