“Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi Qarabağ savaşında strateji əhəmiyyət daşımaqla yanaşı bizim şanlı ordumuzun keçmiş Dağlıq Qarabağ muxtar vilayətində möhkəmlənməsi baxımdan da vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, 1876,8 kvadrat kilometr sahəsi və 5 min qeydiyyatda sakini olan Hadrut qəsəbəsi böyük iqtisadi və turizm potensialına malikdir:
“Hadrut 2014-cü ildə ABŞ-ın Cənubi Kaliforniyada yerləşən Burbank şəhəri ilə “qardaşlaşıb”. İnşallah, işğaldan azad olmuş Hadrut qəsəbəsi yaxın zamanlarda Türkiyə şəhərlərinin biri ilə qardaşlaşar. Bu, tarixi və əbədi qardaşlıq olar! Bizim bayrağımız artıq Dağlıq Qarabağda dalğalanır! Qoy bayrağımız qədim Azərbaycan torpağında əbədi dalğalansın! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!"