“Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
O, qeyd edib ki, bu, mülki şəxslərə qəsdən raket hücumudur.