Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Prezdent Aparatı sözçüsünün rəsmi “twitter” hesabında etdiyi paylaşımda deyilir:
“Azərbaycan, Müstəqillik gününüz mübarək.
Türkiyə və Azərbaycan, əl-ələ, çiyin-çiyinə hər cür təhdidə qarşı ürəklə mübarizəsini davam etdirəcək. Həm meydanda, həm də masada haqqını və hüququnu kimsəyə yedirtməyəcək”.