29 Oktyabr 2020 13:14
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Hərbçilərin dediyi kimi, erməni tərəfi Tərtərin şəhərətrafına hücum edir. Ancaq diplomatik korpuslar könüllü olaraq Tərtərə - Azərbaycanın Stalinqradına getməyə qərar veriblər. Həmrəylik üçün təşəkkürlər”, - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər