Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Teleqraf.com fərmanın mətnini təqdim edir:
"Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 89, № 7, maddə 621; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 4, maddə 373, № 6, maddə 704, № 7, maddə 836; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 805, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2306) ilə təsdiq edilmiş “Tələbə–məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.10-3-cü bənd əlavə edilsin:
“6.10-3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;”