1 Noyabr 2020 20:30
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində düşmən Tərtər və Ağcabədi rayonlarında yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Tovuz, Gədəbəy və Qubadlıda yerləşən bölmələrimizin mövqelərini artilleriya və digər atıcı silahlardan atəşə tutub. Əsasən Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində aparılan döyüş əməliyyatlarında ordumuzun cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd piyada döyüş maşını, dörd ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, ikisi sursatla dolu olmaqla 7 ədəd avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 1-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi bildirib ki, düşmənə məxsus silah və sursat ələ keçirilib. Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bununla yanaşı, biz xəbərdarlıq etmişik ki, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir”, - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər