9 Noyabr 2020 15:10
3 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

12:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün ortaq bir işçi qrupu yaratmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı diplomatik mənbələrə istinadən xəbər verib.

Mənbənin məlumatına görə, Ərdoğan bu təklifi noyabrın 7-də Putinlə telefon danışıqlarında irəli sürüb. İddiaya görə, yaxın günlərdə Qarabağla bağlı danışıqlar ikitərəfli formata çevrilə bilər, bu, ATƏT-in Minsk Qrupundan işindən kənarda işləyəcək. Yeni qrup siyasi həll prosesinə rəhbərlik etmək üçün atəşkəsdən sonra tədbirlər hazırlayacaq.

Bundan əvvəl Kreml danışıqlarda Rusiya və Türkiyə prezidentlərinin vəziyyətin sülh yolu ilə həlli üçün qarşılıqlı fəaliyyətə hazır olduqlarını təsdiqlədiklərini açıqlayıb.

Putin Türkiyə prezidentinə münaqişənin siyasi-diplomatik həllinə nail olmaq məsələsində Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları barədə məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər