10 Noyabr 2020 01:49
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva Bakının Mi-24 helikopterinin vurulması ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya XİN Azərbaycan tərəfinin bu hadisə ilə bağlı operativ araşdırma aparılacağı və təqsirkarların cəzalandırılacağı ilə əlaqədar verdiyi təminata da əminliyini qeyd edib.

Xatırladaq ki, dünən saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər