10 Noyabr 2020 13:58
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqına təbriklərini çatdırıb.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm! Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaqdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq. Bu zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan Ali Baş Komandanımız İlham Əliyev və şanlı ordumuzdur!”

Milli Məclisin sədri bildirib ki, bu zəfər Azərbaycan xalqının, onun liderinin və ordusunun gücünü bütün dünyaya göstərdi: “Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”


Müəllif: Səxavət

Oxşar xəbərlər