Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq.
Teleqraf.com-un məlumatına görə, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
O bildirib: "Əziz Xankəndi sakinləri, böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!
Xankəndi üç rəngli bayrağımızla gözəlləşəcək! Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər! Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq!
"Yolumuz Xankəndinədir!" demişdim, artıq çatdıq! Evlərinizə geri dönməyə hazırlaşın!"