10 Noyabr 2020 16:29
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar razılaşmasını müsbət qarşılayır.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi özünün "Twitter" səhifəsində yazıb.

M.Vaezinin sözlərinə görə, İran bu münaqişənin beynəlxalq qaydalar, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanır.

Vaezi əlavə edib ki, İran müharibənin başa çatmasına sevinir və əldə olunan razılaşmanın icra olunacağına ümid edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər