Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin ona “Mi-24” helikopterinin qəzaya uğraması ilə bağlı hadisənin ətraflı araşdırılacağını vəd etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti ölkənin Müdafiə Nazirliyinin rəhbər heyəti, federal idarələrin və müdafiə sənayesi kompleksləri müəssisələrinin rəhbərləri ilə görüşdə bu barədə danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı açılmış cinayət işi çərçivəsində ətraflı araşdırma aparılacağını və təqsirkarların cəzalandırılacağını vəd edib.
V.Putin Müdafiə naziri Sergey Şoyquya “Mi-24” helikopterinin Ermənistan ərazisində qəzaya uğraması nəticəsində həlak olan pilotlar, mayor Yuri İşşyuk və baş leytenant Roman Fedinin ailələrinə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.