15 Noyabr 2020 01:16
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin “Nile1” informasiya portalı ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda tərk etdikləri evləri və meşələri yandırmasından bəhs edən xəbər yayıb.

Teleqraf.com xəbər verir ki, BBC telekanalının reportajına istinadla yayılan xəbərdə ermənilərin aparılması mümkün olan hər şeyi özləri ilə götürdükləri, hətta pəncərə çərçivələrini, unitazları belə apardıqları, Kəlbəcərdə meşələri və evləri yandırmaqla daha çox ziyan vurmaq istədikləri qeyd olunub.

Xəbərdə, həmçinin Ermənistanın işğal etdiyi və hazırda azad edilmiş ərazilərdə vurduğu böyük ziyanın hesablandığı və onun ödənilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcəyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər