Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə atəşkəsə əməl olunmasını yoxlamaq məqsədilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində ortaq bir mərkəz yaratmaq üçün qoşun göndərməyə icazə sənədi parlamentə göndərilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın tələbi ilə qurulan Ortaq Mərkəzdə Rusiya və Türkiyənin yer aldığı bildirilən sənəddə deyilir:
“Azərbaycanın müəyyən edəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Ortaq Mərkəzin həyata keçirəcəyi fəaliyyətlər üçün Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları və ehtiyac olacağı halda, mülki personalının xidmət etməsi, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan arasında Strateji Müttəfiqlik və Qarşılıqlı Yardım Anlaşması” çərçivəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklərinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsiplərinə uyğun olduğu; bölgə xalqlarının da rifahının xeyrinə olacağı, xüsusilə milli maraqlarımız baxımından vacib olması baxımından qiymətləndirilir”.
Bu addımın “Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Anlaşması”nın müddəalarına uyğun olduğu, ölkəmizə göndəriləcək Türkiyə Silahlı Qüvvələrinin Türkiyə Prezidenti tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq istifadə ediləcəyi bildirilib.
***
12:37
Azərbaycana qoşun göndərilməsi barədə Prezident sərəncamı Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Xəbər barədə əlavə məlumat veriləcək.