Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasını nəzərdə tutan bu sülh razılaşmasını ürəkdən alqışlayır.
Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azərbaycana qaytarılması və Ermənistanın silahlı qüvvələrini bir neçə həftə ərzində ətraf ərazilərdən çıxarması barədə xəbərdən məmnunuq.
Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli davranmağınız münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq bu münaqişə ilə bağlı təbliğat aparılması və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha vurğulayırıq".