Rusiya ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.
Teleqtaf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Lavrovun sözlərinə görə, əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib:
"Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi”.