“Azərbaycanda xristian, müsəlman və yəhudi icmaları birlikdə dinc yaşayırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Fransada yaşayan güney azərbaycanlı fotoqraf Rza Diqqəti Feysbuk səhifəsində yazıb.
“İndi birlikdə sülh yaratmağın vaxtı gəldi. Azərbaycanda xristian, müsəlman və yəhudi icmaları birlikdə dinc yaşayırlar. Bu, qarşılıqlı hörmət əsasında bölüşmək istəyi ilə yaşayan dinlərin inanılmaz assimilyasiyasına işıq tutur”, fotoqraf qeyd edib.
Rza Diqqəti azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadənin “Üç peyğəmbər” əsərini də səhifəsində paylaşıb:
“Azərbaycan xalçaları ilə məşhurdur. Eldar Mikayılzadə xalçaların dizaynına yeni bir baxış gətirir: tarix boyu fərqli dinlərin hekayələrini bu əsərində izah edir. Bu xalçada Musa, İsa və Hz. Məhəmməd bir aradadır”.