26 Noyabr 2020 12:58
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əldə etdiyi böyük qələbə münasibəti ilə ölkədə həmrəyliyin daha da möhkəmlənməsi məqsədillə amnistiya aktı qəbul etsə daha yaxşı olar.

Teleqraf.com xəbər verir ki, bu təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

Millət vəkili eyni zamanda ölkəyə sülhməramlıların dəvət edilməsi ilə bağlı xüsusi qanunun qəbul edilməsini və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Onun fikrincə, sülhməramlıların dəvət edilməsi üçün Milli Məclisin razılığı olmalıdır.

Q.Həsənquliyev bildirib ki, Azərbaycan istər xarici ölkəyə, istərsə də ölkəyə sülhməramlı dəvət edə bilər və qanunvericilik buna yol verir. “Ancaq ölkəyə hər hansı ölkənin və ya beynəlxalq təşkilatın sülhməramlısının dəvət edilməsi ilə bağlı nəzərdə tutulan qanun mövcud deyil. Necə ki, xarici ölkəyə sülhməramlı göndərəndə Milli Məclisin razılığı əldə edilirsə, ölkəyə dəvət ediləndə də parlamentin razılığı olmalıdır”.


Müəllif: Cavad