"YAŞAT" Fonduna nəzarət üçün cənab Prezidentin sərəncamı ilə 11 nəfərdən ibarət nəzarət şurası yaradılıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən onlayn mətbuat konfransında deyib.
O, qeyd edib ki, şuranın olmasına baxmayaraq, portal elə qurulacaq ki, hər bir vətəndaş fondun ictimai nəzarətçisi olacaq: "Fonda göndərilən hər bir ianə bizim üçün müqəddəsdir. Əlimizdən gələni edəcəyik ki, burada şübhə yeri qalmasın.
Xərc istiqamətlərindən biri də ailə üzvləri və ya yaralıların təhsil xərclərinin ödənilməsidir. Müəyyən güzəştlər var ki, bunları dövlət icra edir. Güzəştlərə düşməyən ailələr də var. Bu şəxslərə yardım üçün fondun vəsaitindən istifadə ediləcək".