Platforma elektron hökümətin inkişafı mərkəzi tərəfindən hazırlanacaq.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən onlayn mətbuat konfransında deyib.
Ülvi Mehdiyev vətəndaşlara müraciət edərək bildirib ki, platforma ilə bağlı təklifləri olanlar Elektron Hökümətin idarə olunması mərkəzinə müraciət edə bilərlər:
"YAŞAT" Fondun vəsaitlərindən istifadə fərmana əsasən şəhid ailələri və yaralanmış şəxslərə aiddir. Burada iki məqam var: döyüşdə iştirak edən və işğaldan azad olunan ərazilərdə əməliyyatlar zamanı yaralanan və ya şəhid olan ailələr. Hər iki qrupa daxil olan ailələrə Fondun vəsaiti hesabına yardımlar həyata keçiriləcək.
Fonda SMS nömrəsi ilə dəstək olmaq üçün müraciət etmişik. Bunun üçün hazırda işlər aparılır".