9 Dekabr 2020 14:33
10 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın yeni Prezidenti Co Bayden üçün yad biri deyiləm, vaxtilə onunla görüşmüşəm”.

Teleqraf.com xəbər verir ki, bunu Bakı səfərindən əvvəl jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən Bayden üçün yad deyiləm. Obama dövründə də onunla görüşdük. Hətta xəstələnəndə evdə mənə baş çəkdi. Təəssüf ki, dünyada siyasət çox çirkin bir şəkildə irəliləyir. Ağla gələn bir şey dərhal masaya sanksiya gətirir. Hazırda silah alışı ilə əlaqədar atdıqları addımları doğru hesab etmirik. Hazırda gələcəkdə nə baş verəcəyi haqda danışmaq tezdir. Bayden vəzifəyə gəldikdən sonra oturub danışacağıq”, - Ərdoğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər