10 Dekabr 2020 14:19
2 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Qələbə paradında çıxış edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri çıxışında önəmli mesajlar verib

Rəcəb Tayyib Ərdoğan çıxışında deyib:

"Əziz azərbaycanlı qardaş və bacılarım sizi sevgi və hörmətlə salamlayıram. Bu qələbə günündə sizinlə birlikdə olmaqdan böyük bir bəxtiyarlıq duyuram. Qardaşım İlham Əliyevə xoş dəvətinə və qonaqpərvərliyinə görə minnətdarlığımı bildirirəm.

Azərbaycanın 44 günlük mübarizəsində şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. 30 illik işğaldan sonra Qarabağı azad edən qalib Azərbaycan Ordusunun əsgərlərini təbrik edirəm.

Azərbaycanın həm diplomatik, həm də hərbi uğurları Prezident Əliyevə məxsusdur. Beləliklə, qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.

Azərbaycan qardaşım İlham Əliyevin rəhbərliyi altında dastanlar yazmağa davam edəcək. Əziz Azərbaycan xalqı, Türkiyə bütün imkanları ilə qardaş Azərbaycanın yanında idi. Türkiyə olaraq, “bir millət, iki dövlət” şüarını rəhbər tutmuşuq.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, mübarizənin bitdiyi anlamına gəlmir. Müharibə hüququ ciddi şəkildə pozulub, insanlıq ləyaqəti tapdalanıb. Hər vəziyyətdə bunun hesabını tələb etmək boyumuzun borcudur.

Erməni rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal altında saxlamağa sərf etdi. Qaçan qardaşlarımız illərlə doğulduqları yurdlarından uzaq qalaraq, vətənlərinə həsrət qalaraq doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirdilər. İnşallah bu həsrət tezliklə bitəcək. Dağlıq Qarabağa dağıntı və göz yaşı gətirənlər indi düşünməli olacaqlar.

Ermənistan xalqı yaşadığı fəlakətdən nəticə çıxarsa, bu bölgədə yeni bir dövrün başlanğıcı olacaq. Prezident Əliyev təqdirəlayiq bir münasibət göstərir.

Azərbaycan və Türkiyə olaraq, əsas hədəfimiz işğaldan azad edilən torpaqları yenidən qurmaq, insanların yaşaya biləcəkləri hala gətirməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər