“Üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri maneəsiz hərəkət edəcək”.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir:
Zaxarova eyni zamanda Naxçıvanla Azərbaycan arasında birbaşa yol çəkilməsi məsələsinə də toxunub:
Bildiyiniz kimi, iqtisadi əlaqələrin blokdan çıxarılması, yeni kommunikasiyaların inşası uzun müddətli hadisədir, buna bir çox ixtisaslaşmış strukturları cəlb etmək lazımdır və əsas məsələlər, bildiyimiz qədərilə, bunun üçün xüsusi mexanizmlər yaratmış Azərbaycan və Ermənistan səlahiyyətliləri tərəfindən həll ediləcək”.
O, bildirib ki, bu gün ən ümidverici istiqamət dəmir yolu nəqliyyatının bərpasıdır. Bu istiqamətdə rusiyalı mütəxəssislərin köməyi ilə Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun sərhəd hissələrində, eləcə də Ermənistan sərhədinə bitişik olan dəmir yolu xətlərində ilkin araşdırma aparılıb.