11 Dekabr 2020 12:13
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sığortalanmamış əmanətimiz olmamalıdır. Biz bunu qarşıya məqsəd kimi qoyaraq. addım-addəm ona doğru getməliyik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Aydın Mirzazadə deyib.

Deputat insanların banklara etimad göstərməsinin vacibliyini bildirib və qeyd edib ki, bunun üçün müəyyən addımlar atılmalıdır: “Mən o fikirlə razı deyiləm ki, insanlar banklara pul qoymaq üçün imkanlara malik deyil. Azərbaycanda kifayət qədər biznesmen, yüksək maaş alan insan var. Hesab edirəm ki, vətəndaşın banka inamı yüksəldilməlidir”.

Deputat əlavə edib ki, ona Mingəçevir şəhərindən və digər yerlərdən müraciətlər olur:

“Təəssüflər olsun ki, həmin müraciətləri gec ediblər. Bir sıra hallarda insanların banklardan aldığı vəsaiti vaxtında ödəyə bilmədiyi üçün mənzilləri əlindən alınır. Məncə, bu doğru deyil. Ola bilsin ki, ailədən bir nəfər bankdan kredit götürüb və ödəyə bilməyib. Buna görə həmin ailənin digər üzvlərini də cəzalandırmaq doğru deyil. Mən bu kimi hallarla əlaqədar banklara müraciət edirəm. Bəzən həll edilir, bəzən olmur. Hesab edirəm ki, qanuna dəyişiklik edilməlidir. İnsanların ödəyə bilmədiyi bank faizləri və ya kreditlərə görə, mənzilləri əllərindən alınmamalıdır. İnsanlar aldıqları vəsaitləri geri qaytarmaqdan imtina etmirlər, sadəcə müəyyən şəraitə görə, vaxtında qaytara bilmirlər. Düşünürəm ki, belə hallarda banklar müqaviləni uzada bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər