17 Dekabr 2020 17:33
3 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlılarının birlikləri ikitərəfli münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün Sünik (Zəngəzur) bölgəsindəki Ermənistan və Azərbaycan sərhədlərinə gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Sünikin qubernatoru Melikset Poqosyan açıqlama verib.

Onun sözlərinə görə, rus hərbçilər sərhəd kəndləri olan Şurnux və Vorotandadır.

Poqosyan qeyd edib ki, sülhməramlılardan əlavə sərhəddəki vəziyyətə Ermənistan silahlı qüvvələri və sərhəd qoşunları nəzarət edir. Bölgədə vəziyyətin sakit olduğu deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər