Pandemiya ilə bağlı 190 manat veriləcək şəxslərin siyahısına yenidən baxılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu təklifi parlamentdə çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev irəli sürüb.
Qeyd edək ki, COVID-19 səbəbindən ölkədə elan olunan karantin rejiminə görə 600 min insana aylıq 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulub.