24 Dekabr 2020 10:53
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qazaxıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər