8 Yanvar 2021 15:42
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prokurorluq orqanları tərəfindən Vətən Müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işlərinin başlanması, döyüş əməliyyatları şəraitində hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi istiqamətində zəruri tədbirlər görülüb".

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən müşavirədə bildirib.

Qeyd edib ki, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilib, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, həmçinin atəşkəsin davam etdiyi illər ərzində əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlərin davam etdirildiyi bildirilib.

Eyni zamanda, işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin aparıldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirak təmin edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər