Rusiya Prezidenti Vladimir Putin yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Qarabağla bağlı 10 noyabr Bəyanatının həyata keçirilməsini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqların təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət öncə üçtərəfli görüşün Moskvada baş tutacağı bildirilsə də, rəsmi təsdiq olunmamışdı.