14 Yanvar 2021 17:53
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz bir çox təşkilatlara erməni təxribatları ilə bağlı məlumatlar göndərmişik. Həmçinin 150-yə yaxın mədəniyyət nazirinə mütəmadi məlumatlar təqdim etmişik”.

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

“Biz UNESCO-dan istədiyimiz obyektiv yanaşmanı və qimətləndirməni, təəssüf ki, görmədik. Onlar iki dəfə bəyanat verdilər və bu, bizi qane etmədi. Çünki onların bəyanatında Ermənistanın Azərbaycana qarşı mədəni terrorları pislənilməyib. Onların bəyanatlarındakı ikili standartlar bizi məyus etdi. Biz hazırda UNESCO ilə danışıqlar aparırıq. Onlar texniki missiyanı yerinə yetirmək missiyasında olsalar, bizim şərtlərlə yerinə yetiriləcək”,- nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər