20 Yanvar 2021 18:49
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizədə dünyada ən güclü antioksidan sayılan zeytun yarpağının virusu parçaladığı elmi şəkildə sübuta yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yenişafak” qəzeti məlumat yayıb.

Balıkəsirdə fəaliyyət göstərən “Ar-Ge” şirkətində 20 ildən çox zeytun yarpaqları üzərində tədqiqat aparmış Faruk Durukan yarpaqdakı aktiv maddə olan oleorupinin korona virusunu parçaladığını deyib:

“Zeytun yarpağında oleorupin adlı aktiv maddə var. Dünyada yarpaqdan təbii oleorupin emal edən 4-5 şirkətdən biriyik. Bu maddədən əvvəllər xərçəng xəstəlikləri ilə bağlı tədqiqatlarda geniş istifadə edilib.

Koronavirusdan sonra ona maraq artıb. Elm dünyası oleorupinin virusa təsirinə diqqət ayırmağa başlayıb. Qafqaz və Sütçü İmam universitetlərinin üç ölçülü laboratoriyasında oleorupin üzərində tədqiqatlar aparılıb. Rektorluğun tələbi ilə aktiv maddələri onlara biz verdik.

Tədqiqatlar nəticəsində oleorupinin virusun çəngəl quruluşlarını ələ keçirərək məhv etdiyi əyani şəkildə sübut edildi. Zeytun yarpağı çayı içsək, bədənimizi qoruyub virusa qarşı güclü olacağımız artıq elmi bir həqiqətdir”.

Oleorupin maddəsinin H1N1 donuz qripi, quş qripi və HİV virusunda təsirli olduğuna dair nəticələrin əldə olunduğu da bildirilir.


Müəllif: Yeganə Oqtayqızı