Yeganə dövlətik ki, ağır pandemiya zamanında ciddi uğurlara imza atdıq. Azərbaycan Ali Baş komandanın rəhbərliyi altında müzəffər Ordumuz işğal altında olan ərazilərin bir hissəsini azad etdi. Ona görə ərazilərin bir hissəsini deyirəm ki, bizim tarixi Zəngəzur, Göyçə, İrəvan ərazilərimiz də işğal altındadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentdə Azərbaycan və Türkiyənin media sahəsində strateji əməkdaşlığa dair memorandum imzalanmasını qiymətləndirərkən deyib.
O, xatırladıb ki, Türkiyə yeganə dövlətdir ki, müharibə zamanı həm ön, həm də arxa cəbhədə bizimlə birgə olub:
“Gəncə vurulanda da Türk mediası orada idi. Hesab edirəm ki, memorandumda qoyulan məqsədlər hər iki ölkənin maraqlarına xidmət edir. Ümid edirəm ki, bu, jurnalistika sahəsində inkişafa təkan verəcək. Eyni zamanda mən müharibə dövründə burada media sahəsində çalışan və əsl həqiqətləri dünyaya çatdıran hər bir media əməkdaşına təşəkkür edirəm”.
Fəzail Ağamalı əlavə edib ki, hazırda altı dövlətin bir millətə çevrilməsi prosesi gedir: “Ümidvaram ki, bu istiqamətdə də uğur əldə ediləcək”.