12 Fevral 2021 11:31
2 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqpulu məsələsi hökumətdə və parlamentdə müzakirə edilsə də, yekun qərara gəlinmədi. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif adlar altında müavinət verilir. Amma 2006-ci ilə qədər uşaqpulu adı altında 2 manat ödənilirdi, indi isə 14 adda müavinət ödənilir. Ancaq uşaqpulu mövzusu yenə də gündəmdədir, bəzən radikal qruplar bundan istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.

Millət vəkili təklif edib ki, parlamentdə işçi qrup yaradaraq uşaqpulu məsələsi araşdırılsın və bu sahədə hansı addımların atılmasının mümkünlüyü haqqında düşünülsün:

“İnanın ki, bundan sonra 20 cür müavinət verilsə də, yenə deyəcəklər ki, uşaqpulu verilmir. Bəzən qeyd olunur ki, 18 yaşına qədər uşaqlara pul ödənilməsi çətindir, çünki onların sayı 2 milyon 700 mindən çoxdur. Bəlkə 0-3 yaş arasında olan uşaqlara uşaqpulunun ödənilməsi məsələsinə baxıla bilər. Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”.


Müəllif: Nemət

Oxşar xəbərlər