Milli Məclisinin fevralın 23-də keçiriləcək iclasının gündəliyinə 23 qanun layihəsi təklif edilir.
Teleqraf.com plenar iclasda gündəliyə çıxarılacaq məsələləri təqdim edir:
N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (üçüncü oxunuş).
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi.
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında layihə.
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
“Yol hərəkəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
“Notariat haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
“Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
“İşsizlikdən sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.
“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə layihə.
Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi.
Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihə.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununa dəyişiklik edilməsi barədə layihə.
Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi.