Xarici işlər naziri Ceyhun Bayramovun fevralın 23-də Ankarada keçiriləcək Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.
Qeyd edək ki, nazirlərin üçtərəfli görüşünün keçiriləcəyi barədə ilk olaraq Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə tərəfi bildirib ki, üçtərəfli görüşdə ölkələr arasındakı münasibətlər və regional proseslərlə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq. Məlumata görə, nazirlərin ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.