Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri 20 manatdan 100 manata qaldırılır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Deputatlar qanun layihəsinə münasibətdə fərqli yanaşma sərgiləməyib.