Çin 2021-ci il üçün müdafiə xərclərini əvvəlki illə müqayisədə 6,8 faiz artıraraq, 1,35 trilyon yuana (təxminən 209 milyard ABŞ dolları) çatdıracaq.
Teleqraf.com xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan 13-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının dördüncü sessiyasında təqdim edilən büdcə layihəsində əksini tapıb. Layihə martın 11-də başa çatacaq sessiyanın gedişində təsdiq üçün səsverməyə çıxarılacaq.
Bildirilir ki, artım ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldiləcək.