Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Tərəflər söhbət zamanı hərbi və hərbi texniki əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə ediblər: "Telefon danışığı zamanı Syunik (Sünik) bölgəsində həyata keçirilən təhlükəsizlik tədbirləri xüsusi ilə diqqət mərkəzində olub".