29 Mart 2021 21:57
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel əyalət baş nazirlərindən COVID-19 epidemiyasına qarşı razılaşdırılmış mübarizə tədbirləri həyata keçirməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, televiziya proqramına qatılan Merkel COVID-19 epidemiyasındakı üçüncü dalğanı qırmaq üçün əyalət baş nazirləri ilə martın əvvəlində verilən qərarların təsirli və sürətli bir şəkildə həyata keçirilməli olduğunu söyləyib.

O, açıqlamasında yeni bir epidemiya ilə qarşı-qarşıya olduqlarını vurğulayıb: “Bu yeni virus daha aqressiv, daha yoluxucu və daha ölümcüldür. Çox vaxtımız yoxdur. Əyalət Baş nazirləri yoluxma sayını azaltmaq üçün təsirli vasitələrə sahibdirlər, bunu istifadə etmələrini tələb edirəm.

Yeni yoluxma sayı müəyyən bir səviyyəyə çatdıqda təcili əyləci basmaq lazımdır və kəskin tədbirlər görülməlidir. Yoluxma sayı yüksək olan bölgələrdə insanların evdən çıxması məhdudlaşdırılır, əhali arasında təmasın azaldılması kimi tədbirlər görülür”.

Federal kansler əyalət baş nazirlərinin tədbir görmədiyi təqdirdə, “İnfeksiya qanununda” dəyişiklik edə biləcəyini də bildirib.

O, məktəblərdə və iş yerlərində mütəmadi testlərin aparılmasını və işəgötürənlərin işçilərinin məsafədən işləməsinə icazə verilməsini də istəyib.

Merkel Berlin və Saarland əyalətlərində bəzi tədbirlərin müəyyən şərtlər altında yumşalacağına dair qərarları tənqid edib və bu qərarlardan məmnun olmadığını söyləyib.

Kansler sentyabr ayının sonuna qədər hər kəsə peyvənd təklif ediləcəyi vədinin arxasında olduğunu da qeyd edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər