Aprel döyüşlərinden sonra sosial şəbəkələrdə orduda bir sıra neqativ halların baş verməsi, bir neçə insanın qanunsuz olaraq istintaqa cəlb edilməsi kimi iddialar səsləndirilir, müzakirələr aparılır. Bəziləri də bundan istifadə edərək yayılan məlumatları dövlətə qarşı ittiham kimi səsləndirirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən toplantısında deputat Fazil Mustafa bildirib.
Deputat bu məsələlərə dövlət orqanlarının nəzarət etməli olduğunu deyib:
“Aidiyyəti qurumlar bunu araşdırmalıdır. Dövləti ittiham etmək olmaz. Ordu müqəddəsdir. Bu müqəddəsliyi qoruyub saxlamaq və sağlam mühit yaratmaq lazımdır. Dünən ölkə başçısı İlham Əliyev Səlcuq Bayraqdarı qəbul edib, ona döyüşlərlə bağlı mükafat təqdim edib. Anasının südü kimi ona halaldır”.
Fazil Mustafa Türk Şurasının Zirvə görüşünün yüksək qiymətləndirdiyini də qeyd edib: “Hesab edirəm ki, ortaq əlifba modelini yaratmağa çalışmalıyıq. Ən azından Özbəkistan kimi bunu etmək olar”.