2 Aprel 2021 11:47
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər birimizin Aprel döyüşlərinə diqqət ayırması başa düşüləndir. Məhz həmin gün Azərbaycan torpaqlarının işğalda qalması ilə barışmayacağını bir daha göstərdi. 2 aprelin davamı var idi. 5 il əvvəl həmin döyüşlər zamanı Ermənistan Azərbaycan Ordusu qarşısında zəif olduğunu gördü. Lakin təəssüflər olsun ki, nə bundan nəticə çıxardı, nə də tələblərə əməl etdi. Bu səbəbdən də onun davamı gəldi. Sentyabrın 27-də müharibə başladı və 10 noyabrda qalibiyyətimizlə başa çatdı.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzazadə deyib.

O xatırladıb ki, 5 il əvvəl döyüşlərin aprel ayında keçirilməsi təsadüfi deyildi və bu həm də Kəlbəcərin işğal günü idi.

Aydın Mirzazadə əlavə edib ki, Azərbaycan Prezidentinin Türk dilli ölkələrin liderlərinin onlayn görüşü zamanı çıxışında səsləndirdiyi hər bir fikrin üzərində dayanmaq mümkündür:

“Cənab Prezident qeyd etdi ki, artıq Dağlıq Qarabağ anlayışı yoxdur. Hesab edirəm ki, bunu nəzərə almaq lazımdır.

İkincisi, cənab Prezident son zamanlar Zəngəzur dəhlizi məsələsini xüsusilə qeyd edir. Bəli, bura qədim Azərbaycan əraziləridir. Ermənilər Zəngəzurun, Göyçənin, Qara kilsənin və digər torpaqlarımızın adını dəyişdiriblər".


Müəllif: Nemət

Oxşar xəbərlər