2 Aprel 2021 15:22
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com-un xəbərinə görə, saziş 3 il müddətinə bağlanır.

Sənəddə qeyd edilib ki, tərəflərin müqavilənin ləğv etmək niyyəti barədə ən azı 3 ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.

Müzakirələrdən sonra saziş səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər