10 May 2021 11:47
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlısosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O deyib ki, "Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur", - K.Əliyev vurğulayıb.


Müəllif: Teleqraf.com