Milli Məclisin bugünkü plenar iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Maliyyə naziri Samir Şərifova partiyalara ayrılan pullardan 5 min manat kəsilməsinin səbəbini soruşub.
Teleqraf.com xəbər verir ki, partiya sədri rüblük ödənişlərdə partiyalara köçürülən vəsaitdə 5 min manat kəsir olduğunu bildirib.
Tahir Kərimli nazirlə sualla müraciət edib: “Deyirsiz hər il partiyalara 4 milyon manat ayrılır, bəs hər rübdə köçürülən vəsaitlərdən niyə 5 min manat tutulur? Bunu heç cür başa düşə bilmirəm”.