“Azərbaycan cinayət qanunvericiliyi var. Onlar cinayət törədiblər, sərhədlərimizi pozublar. Azərbaycan qanunları ilə mühakimə olunacaqlar və cəza çəkəcəklər”.
Bu sözləri Teleqraf.com-a millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda olan erməni hərbçləri haqqında danışarkən deyib.
Hüquqşünas bildirib ki, indiki halda onların qaytarılmasından deyil, törətdiyi cinayətlərə görə mühakimə olunmasından söhbət getməlidir:
“Biz onları niyə qaytarmalıyıq? Biz üç nəfəri qaytardıq və humanistlik nümayiş etdirdik. O şəxsləri qaytardıq ki, onların Azərbaycan vətəndaşlarının ölümündə iştirakı olmayıb. Qalan hamısı mühakimə olunmalıdır. Bilirsinizmi, cəzanın labüdlüyü olmasa, onlar bunu hiss etməsələr, belə təxribatların sayı çoxala bilər”.
Ziyafət Əsgərov qeyd edib ki, müəyyən ölkələr var ki, onlar Ermənistanı qızışdırırlar:
“Ermənistan kimin qapısını döyməyib? Gündə biri Amerikaya, digəri Moskvaya zəng edir. Və heç bir dəstək də ala bilmirlər, bilməyəcəklər də. Çünki Azərbaycanın işi haqq işidir. Bizim heç kimin toropağında gözümüz yoxdur. Baxmayaraq ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılan süni dövlətdir. Ancaq buna baxmayaraq beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Biz öz torpağımızı istəyirik. Sənə burada süni dövlət yaradıblar, soxulub Azərbaycan ərazilərini işğal etmisən. Sizi torpaqlarımızdan qovmuşuq, hələ də torpaq tələb edirsiniz? Görün erməni həyasızlığı hansı həddədir. İşğaldan azad edilən rayonlarımıza baxın. Ağdamı təsadüfən Ruhlar şəhəri adlandırmırlar. Vəhşiliyin dərəcəsinə baxın. Cənab Prezidentin qeyd etdiyi kimi, sanki buradan vəhşi bir qəbilə keçib”.