5 İyun 2021 08:45
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən həftə Bakıda səfərdə idim və Ağdamı ziyarət etdim. Minalanmış ərazinin böyüklüyünü gördüm. Ərazi Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox minalanıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransa Senatının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib.

Fransa senatoru dünən Kəlbəcərdə minaya düşərək həlak olan media işçiləri - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun ailələrinə dərin hüznlə başsağlığı verib.

“Ermənistanın hərbi qüvvələri minaların xəritəsini verməlidir. Beynəlxalq ictimaiyyət və xüsusi olaraq Fransa ermənilərin lehinə olan balanssız siyasətlərini dayandırmalıdır”, - Natali Qule deyib.

O, qeyd edib ki, beynəlxalq ictimaiyyət ədalətli və balanslaşdırılmış siyasətlə Azərbaycan ərazilərinin minalardan təmizlənilməsinə və sülh prosesinə kömək etməlidir.

“Avropalı həmkarlarımdan seçki məsələləri səbəbindən erməni lobbisini dəstəkləmək əvəzinə, öz fikirlərini bildirmək üçün Azərbaycana getmələrini xahiş edirəm”, - Fransa senatoru əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər